Dimitrios Çantakias daha 2 il “Zirə”də!

Zirə” müdafiəçisi Dimitrios Çantakias ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb. Yunanıstanlı oyunçunun 2024-cü ilin yayınadək bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Dimitrios Çantakias 2020-ci ildən “Zirə”də çıxış edir. Mərkəz müdafiəçisi daha öncə “Çerno More”, “Kerkira”, “Fokikos” və “Panetolikos”da oynayıb.

“Zirə” bu yay Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı, Filipe Paxtmann və Sərtan Taşkınla da yeni müqavilə bağlamışdı. Lakin klub bir neçə gün öncə İlkin Muradovu, həmçinin Təmkin Xəlilzadəni transferə çıxardığını açıqlayıb. Brayan Alseus, Ağabala Ramazanov, Davit Volkov və Ahmed Ayzaya ilə yollarını ayıran zirəlilər Mirsahib Abbasov, Slavik Alxasov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Moiz Adileu, Andriya Lukoviç və Toni Korreya Qomesi transfer ediblər.

Xəbəri istədiklərinizlə paylaşın