Bu gün keçirilən bir oyunla futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Son oyunda İkinci Liqa təmsilçilərindən “Dinamo” “Füzuli”ni sınağa çəkib. “Neftçi” Futbol Mərkəzində keçirilmiş oyunda “Dinamo” böyük hesabla qalib gəlib. İlk yarıda hesabı açan Bakı klubu ikinci hissədə daha üç qola imza atıb. Bununla da “Dinamo” 2-ci təsnifat mərhələsinin sonuncu iştirakçısı olub. Sözügedən komanda növbəti mərhələdə “Səbail”lə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda növbəti raundun matçları oktyabrın 29-30-da keçiriləcək.
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
14 oktyabr
“Dinamo” – “Füzuli” 4:0
Qollar: Əlisa İsayev, 38; 77. Ramal Əhmədov, 80. Valeh Seyidov, 90+2.
Baş hakim: Ruslan Quliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi.
Dinamo: 12. Elmin Qaçaylı, 6. Ramal Əhmədov, 11. Şahin Əliyev (k), 14. Əlisa İsayev, 10. Ziya Məmmədli, 19. Əlibala Ağayev, 18. Aydın İsxanzadə, 4. Qürbət Əhmədov, 17. Fizuli Dəmirov,44. Əli Məmmədli, 88. Aqil Hüseynzadə.
Ehtiyat oyunçular: 1. İbrahim Bağırov, 20. Valeh Seyidov, 15. Tərlan Veysəlli, 7. Əkbər Səfərzadə, 22. Fərid Quliyev, 99. Kənan Əlizadə, 5. Cavid Məmmədov, 8. Uğur Sayıllı, 2. Nihad Mahmudzadə.
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani.
Füzuli: 1. Məhərrəm Məmmədli, 7. Ruslan Poladov, 88. Kənan Məmmədov, 11. Fuad Məmmədzadə, 91. Bayram Nurizadə, 23. Süleyman Piriyev (k), 8. Elvin Yunusov, 44. Elmir Xəlilov, 19. Cəsur Hüseynov, 4. Murad Mehdiyev, 9. Mübariz Hüseynzadə.
Ehtiyat oyunçular: 25. Şaməddin Rüstəmov, 10. Vüsal Tahirov, 3. Vurğun Həsənzadə, 18. Fərhad Salamzadə, 21. Samur-Xan Aslanxanov.
Məşqçi: Xaqani Quliyev.


