“Dinamo” Mahir Emrelini “Betis”lə oyunlar üçün sifariş etdi

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Konfrans Liqasında “Betis”lə oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Xorvatiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Zaqreb təmsilçisi Avropa Konfransının pley-off mərhələsi çərçivəsində İspaniyanın “Betis” kollektivi ilə qarşılaşacaq. “Dinamo” ilk matçını fevralın 15-də səfərdə, cavab oyununu isə fevralın 22-də Zaqrebdə keçirəcək.

Xorvatiya çempionu “Betis”lə oyunlar üçün ümumilikdə 28 futbolçu sifariş edib. Onların arasında Azərbaycan milli komandasının hücumçusu Mahir də var. Lakin 26 yaşlı hücumçunun zədə səbəbindən ispanlara qarşı oyunları buraxacağı gözlənilir.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Təxminən bir aydır zədədən əziyyət çəkdiyi üçün oynamayan Mahir cari mövsümdə bütün turnirlər çərçivəsində 22 oyunda 5 qol vurub, eyni sayda da assistlə yadda qalıb.

Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: