“Dinamo” Mirça Luçesku ilə yeni müqavilə bağladı

Ukraynanın “Dinamo” (Kiyev) klubu baş məşqçisi Mirça Luçesku ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

75 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan yeni müqavilə imzalanıb.

Mirça Luçesku 2020/21 mövsümünün əvvəlində “Dinamo”ya baş məşqçi təyin olunub. Sözügedən komanda rumıniyalı baş məşqçinin rəhbərliyi altında Ukrayna çempionatının və kubokunun qalibi olub, Avropa Liqasında isə 1/8 final mərhələsinə kimi irəliləyib.