İngiltərənin “Liverpul” klubu portuqaliyalı hücumçusu Dioqo Jota ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
25 yaşlı forvardla 5 illik yeni sözləşmə imzalanıb. Bu isə futbolçunun azı 2027-ci ilə qədər “qırmızılar”ın uğurları üçün çalışmağa davam edəcəyindən xəbər verir.
Dioqo Jota Mersisayd təmsilçisinə 2020-ci ilin sentyabrında 45 milyon avro qarşılığında “Vulverhempton”dan transfer olunub. İndiyə qədər “Liverpul”da 85 oyun keçirmiş Portuqaliya millisinin üzvü 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Jota ölkəsinin yığma komandasında da 27 oyun keçirib, 9 qol vurub. O, daha öncə “Pasuş de Ferreyra”, “Atletiko” (Madrid) və “Portu”da da forma geyinib.