Divok Oriqi rəsmən “Milan”da!

Bu yay İngiltərənin “Liverpul” klubundan ayrılan Divok Oriqi özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, Belçika milli komandasının hücumçusu bundan sonra İtaliyanın “Milan” klubunun formasını geyinəcək.

Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.

Fransanın “Lill” klubunun yetirməsi olan Divok Oriqi 2014-cü ildən “Liverpul”da çıxış edirdi. Belçika yığmasının da üzvü olan futbolçu, İngiltərə klubuna gələndən sonra bir mövsüm “Lill”də, həmçinin Almaniya “Volfsburq”unda icarədə də oynayıb. O, “Liverpul”da bütövlükdə 176 matça çıxıb, 41 qola imza atıb.

Oriqi Belçika yığmasında 2014-cü ildə debüt edib. O vaxtdan bəri millidə 32 matça çıxan futbolçu, ölkəsinin əsas komandasında cəmi 3 qol vura bilib.