Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan “Vorskla” ilə səfər oyununun iştirakçısı olub.
Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:1.
Nağıyev bu görüşə start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.
“İnqulets” 20 turdan sonra 22 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb. Dmitri bu mövsüm meydana çıxdığı 18 matçda cəmi 1 assistlə yadda qalıb.
Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.