Dmitri Nağıyev 90 dəqiqə oynadı, komandası “Minay”a uduzdu

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutan “Minay”la ev oyununun iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə evdə qarşılaşıb. Üç qolun qeydə alındığı matçı “İnqulets”in məğlubiyyəti ilə başa çatıb – 1:2.

Dmitri Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, daha öncə “Aleksandriya” (1:2), “Metallist” (Xarkov, 1:1) və “Çernomorets” (Odessa, 1:1) oyunlarda da 90 dəqiqə meydanda olmuşdu.

“İnqulets” 4 oyundan sonra cəmi 2 xalla 14 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Xatırladaq ki, Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.