Dmitri Nağıyev bir hissə oynadı, “İnqulets” xal itirdi

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan “Krivbas”la ev oyununun iştirakçısı olub.

Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.

Nağıyev bu görüşə start heyətdə başlayıb. O, fasilədə əvəzlənib.

“İnqulets” bu nəticədən sonra 27 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb. Dmitri bu mövsüm meydana çıxdığı 23 matçda cəmi 1 assistlə yadda qalıb.

Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: