Dmitri Nağıyev Donetsk “Şaxtyor”u ilə oyunu buraxdı

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” Ukrayna çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən kollektiv Premyer Liqanın 26-cı turu çərçivəsində doğma meydanda Donetsk “Şaxtyor”u qarşılaşıb.

Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2.

Nağıyev bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“İnqulets” bu nəticədən sonra 27 xalla 16 kollektiv arasında 11-ci sırada qərarlaşıb. Dmitri bu mövsüm meydana çıxdığı 24 matçda cəmi 1 assistlə yadda qalıb.

Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.