Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan “Lvov”la səfər oyununun iştirakçısı olub.
Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 2:0.
Nağıyev bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
“İnqulets” bu nəticədən sonra 30 xalla 16 kollektiv arasında 13-cü sırada qərarlaşıb. Dmitri isə bu mövsüm meydana çıxdığı 26 matçda cəmi 1 assistlə yadda qalıb.
Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.