Azərbaycanın U-21 yığma komandasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “Obolon” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini azad agent kimi tərk etmiş 28 yaşlı futbolçu Ukraynanın Birinci Liqa klubu “Minay”a keçib.
Millimizin sabiq üzvü yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Xatırladaq ki, Dmitri Nağıyev 2023-cü ilin iyul ayından “Obolon”un uğurları üçün çalışırdı. O, geridə qalmış 2023/2024 mövsümündə meydana çıxdığı 23 matçda cəmi 1 assistlə yadda qalıb.
Nağıyev karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib. O, ölkəmizdə “Sumqayıt”ın uğurları üçün çalışıb. Azərbaycanın U-21 yığmasında 2 matç keçirmiş müdafiəçi əsas millimizdə debüt şansı qazanmayıb.