Dmitri Nağıyev “Zarya”ya qarşı 90 dəqiqə oynadı

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan Luqansk “Zarya”sı ilə səfər oyununun iştirakçısı olub.

Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2.

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“İnqulets” bu nəticədən sonra 27 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb. Dmitri bu mövsüm meydana çıxdığı 25 matçda cəmi 1 assistlə yadda qalıb.

Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.