Dmitri Nazarov 90 dəqiqə oynadı, komandası 5 qola üzüldü

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 31-ci turu çərçivəsində baş tutan “Halleşer”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Aue təmsilçisi meydanı ağır məğlubiyyətlə tərk edib – 2:5.

Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və sonadək oynayıb. Cari mövsümdə 9 qol vurmuş yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

Aue təmsilçisi geridə qalan 31 turda 11 qələbə qazanıb, 6 heç-heçə edib və 14 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 39 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: