Dmitri Nazarov “Borussiya” ilə oyunda erkən əvəzləndi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 36-cı turu çərçivəsində baş tutan Dortmund “Borussiya”sının ikinci komandası ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Aue təmsilçisi meydanı məhsuldar heç-heçə ilə tərk edib – 3:3.

Dmitri Nazarov bu matçın start heyətində meydana çıxsa da, 31-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 10 qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

Aue təmsilçisi geridə qalan 36 turda 12 qələbə qazanıb, 8 heç-heçə edib və 16 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 44 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.