Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 29-cu turu çərçivəsində baş tutan “Meppen”lə qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Aue təmsilçisi meydanı məğlubiyyətlə tərk edib – 2:3.
Dmitri Nazarov matçın start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 8 qol vurmuş milli üzvü bu dəfə fərqlənə bilməyib.
Aue təmsilçisi geridə qalan 29 turda 10 qələbə qazanıb, 6 heç-heçə edib və 13 qarşılaşmada məğlub olub. Sözügedən komanda hazırda 36 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.