Dmitri Nazarov oynadı, komandası evdə darmadağına üzüldü

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 4-cü turu çərçivəsində baş tutan “Vehen”lə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Ersgebirge” meydanı məğlubiyyətlə tərk edib – 1:5.

Dmitri Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 75-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ersgebirge” 4 turdan sonra 2 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.