Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 2-ci turu çərçivəsində baş tutan “Osnabryuk”la qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Ersgebirge” iki qolun qeydə alındığı bu oyundan heç-heçə ilə ayrılıb. Hesabı açan auelilər elə ilk hissədəcə bu üstünlüyü əldən veriblər – 1:1.
Dmitri Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Ersgebirge” 2 turdan sonra 2 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.