Futbol üzrə Almaniya 3-cü liqasında 9-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Münhen 1860” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Nazarov bu matçin iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bu, “Ersgebirge”nin ardıcıl 4-cü, cari mövsümdə isə 6-cı məğlubiyyətidir. Aue təmsilçisi geridə qalan 9 turda cəmi 3 heç-heçəyə nail ola bilib. Bu yay 2-ci Bundesliqanı tərk edən komandada ciddi dəyişikliklər edilməsə, bu gedişlə 3-cü liqanı da tərk etmək qaçılmaz olacaq.
“Ersgebirge” 9 turdan sonra 3 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.