Dmitri Nazarov üçün 14 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 20-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Nazarov da bu matçın iştirakçısı olub. O, qarşılaşmanın 76-cı dəqiqəsində meydana buraxılıb.

20 turdan sonra 29 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.