Dmitri Nazarov üçün 77 dəqiqə, 1 qol və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 19-cu turu çərçivəsində baş tutan “Bayroyt” ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Matç Aue təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb – 4:0. Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb. O, 77-cı dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 76-cı dəqiqədə məhz Dmitri vurub. 45+1-ci dəqiqədə isə yarımmüdafiəçi sarı vərəqə ilə cəzalanıb.

Bu, “Ersgebirge”nin ardıcıl üçüncü, cari mövsümdəki 5-ci qələbəsidir. Aue təmsilçisi geridə qalan 19 turda 5 heç-heçəyə də nail ola bilib və 9 qarşılaşmada məğlub olub. Bu komanda hazırda 20 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.