Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 21-ci turu çərçivəsində baş tutan “Osnabryuk”la qarşılaşmanın iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Aue təmsilçisi meydanı xalsız tərk edib – 1:3.
Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Nazarov vurub. Bu, onun cari mövsümdəki 4-cü qoludur.
Aue təmsilçisi geridə qalan 21 turda 5 qələbə qazanıb, 6 heç-heçə edib və 10 qarşılaşmada məğlub olub. Bu komanda hazırda 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.