Dmitri Nazarov üçün 87 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu 3-cü Liqanın 11-ci turu çərçivəsində baş tutan “Oldenburq”la qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Qarşılaşma “Ersgebirge”nin qələbəsi ilə başa çatıb – 3:1. Bu, Aue təmsilçisinin yeni mövsümdəki ardıcıl ikinci qələbəsidir.

Dmitri Nazarov bu matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.

“Ersgebirge” 11 turdan sonra 9 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.