“Monako”nun sahibi olan rusiyalı iş adamı Dmitri Rıbolovlev Braziliyanın “Vasko da Qama” klubunu satın almaq istəyir.
Arena.az bu barədə nüfuzlu “Globo” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Rıbolovlev Braziliya nəhəngini almaqda maraqlı olan üç şəxsdən biridir.
Vurğulanır ki, yunan iş adamı Evangelos Marinakis və italyan iş adamı Andrea Radritsani də “Vasko da Qama”nı satın almaq üçün iddialıdırlar.
Dmitri Rıbolovlev rusiyalı sahibkar və milyarderdir. Nüfuzlu “Forbes” jurnalına görə Rıbolovlev Rusiyanın 20 ən varlı adamı sırasındadır. “Uralkaliy”nin keçmiş faktiki sahibi, 2011-ci ildən “Monako” futbol klubunun əsas sahibidir.



