Dmitro Klots: “Azərbaycana getmək istəmirdim”

“Sabah”ın yarımmüdafiəçisi Dmitro Klots Ukrayna mətbuatına müsahibə verib.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu ötən il “Karpatı” klubundan “Keşlə”yə keçidi haqda da danışıb:

“Azərbaycana getmək istəmirdim. Ukrayna Premyer Liqasından dörd təklif var idi. Ancaq başa düşdüm ki, artıq burada 100-dən çox oyun keçirmişəm və özümü sınamaq üçün xarici çempionatlara yollanmalıyam.

Həmin vaxt “Keşlə”dən təkif gəldi. Onlar çempionatda 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanmışdılar. Avroliqada oynamaq mənim üçün maraqlı idi. Çünki son illərdə “Karpatı”da çempionatda qalmaq üçün oynamışıq. Özümü sınamaq üçün yeni bir ölkəyə getməkdə maraqlı idim. Legioner həyatı yaşamamışdım və ən cəlbedici olan da Avropa Liqasında iştirak etmək idi”.

Klots ötən ilin yayında “Keşlə”yə transfer olunub. Yarımmüdafiəçi qış transfer pəncərəsi dövründə Bakı klubundan ayrılaraq, “Sabah”a keçib.