Domenek istefaya göndərildi, yeni baş məşqçi təyin olundu

Fransanın “Nant” klubu baş məşqçisi Raymon Domenek ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.

Domenek tutduğu vəzifədən istefaya göndərilib. 69 yaşlı mütəxəssisin sözügedən komandadakı fəaliyyəti cəmi 47 gün sürüb. O, dekabrda baş məşqçi təyin olunmuşdu. “Nant” bu müddətdə 8 oyun keçirib, 4 heç-heçə və 4 məğlubiyyətə imza atıb.

“Nant”ın yeni baş məşqçisi də müəyyənləşib. Klub rəhbərliyi bu postu Antuan Kombuareyə tapşırıb. 57 yaşlı mütəxəssis son olaraq 2019/20 mövsümündə “Tuluza”da çalışıb.

Komanda Fransa Liqa 1-də bu mövsüm keçirdiyi 24 oyuna cəmi 19 xal toplayıb və 18-ci sırada qərarlaşıb.