Almaniyanın “Leypsiq” klubu yarımmüdafiəçisi Dominik Soboslai ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Soboslai 2021-ci ilin yanvarından “Leypsiq”də çıxış edir. O, bu mövsüm Bundesliqada 12 oyunda meydana çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Soboslai Macarıstan milli komandasının da üzvüdür.


