Donald Gerye rəsmən Kipr klubunda

“Qarabağ”ın bir neçə gün öncə vidalaşdığı Donald Geryenin Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.

Arena.az xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə Geryenin sol cinah müdafiəçisi mövqeyində oynadığı və Haiti yığmasının üzvü olduğu, daha öncə “Visla”, “Alanyaspor”, “Qarabağ” və “Neftçi”nin formasını geyindiyi diqqətə çatdırılıb. Onun son üç ili Azərbaycan klublarında keçirməsi xüsusi vurğulanıb.

Geryeyə yeni komandasında uğurlar arzulayan “Apollon”un mətbuat xidməti, futbolçu ilə müqavilənin müddətini açıqlamayıb. Sadəcə, onun Limassol təmsilçisində 96 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hələ bir neçə gün karantində qalacağı da açıqlanıb.

Gerye özü də sosial şəbəkə hesabında yeni klubunun forması ilə fotolarını paylaşıb.