Futbol üzrə Ukrayna Premyer Liqasının 25-ci turunun Lvovda “Kolos”la ev oyunu Donetsk “Şaxtyor”u üçün xoşagəlməz başa çatıb.
Arena.az məlumat verir ki, “şaxtaçılar” 2:4 hesabı ilə məğlub olublar.
Buna qədər, cari mövsümdə “Şaktyor” “Aleksandriya”ya 3:4 hesabı ilə məğlub olmuşdu. Beləliklə “Şaktyor” cari mövsümdə iki dəfə dörd qol buraxmaqla, XXI əsrdə klubun antirekordunu müəyyənləşdirib.
Daha əvvəl “şaxtaçılar” yalnız 1995/1996-cı illər mövsümündə iki oyunda dörd qol buraxıblar.
23 oyundan 47 xalla Donetsk “Şaxtyor”u Ukrayna Premyer Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ukrayna çempionatına 57 xalla Kiyev “Dinamo”su başçılıq edir.