Dortmund “Borussiya”sı Marko Roze ilə yollarını ayırdı

Dortmund “Borussiya”sı baş məşqçisi Marko Roze ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Almaniyalı baş məşqçi ilə yanaşı, köməkçiləri də komandanı tərk ediblər. İstefaya komandanın geridə qalan mövsümü titulsuz başa vurması səbəb göstərilib.

Marko Roze 2021-ci ilin fevralında Bundesliqa təmsilçisinin “sükanı arxasına” keçmişdi. Dortmund “Borussiya” geridə qalan mövsümü Almaniya Bundesliqasında 69 xalla 2-ci pillədə başa vurub. Çempionatın qalibi isə “Bayern” olub.

“Borussiya” Marko Rozenin rəhbərliyi altında bütövlükdə 47 matça çıxıb. Bu oyunlarda 27 qələbə qazanan Dortmund təmsilçisi, 4 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.