Dortmund “Borussiya”sı alman mütəxəssis Sven Mislintatı komandanın texniki direktoru vəzifəsindən istefaya gönədrib.
Arena.az bu barədə Dortmund “Borussiya”sının rəsmi saytına istinadən məlumat verir.
Sven Mislintat özünün istefaya göndərilməsi haqda məlumatı komandanın idman direktoru Lars Riksendən alıb.
Xatırladaq ki, uğursuzluqlar girdabında çapalayan “Borussiya” daha əvvəl türk mütəxəssis Nuri Şahini komandanın baş məşqçisi vəzifəsindən azad etmişdi. Dortmund klubu inzibati vəzifələrdə dəyişiklər etməklə, uğursuzluqlar zolağından qurtulmaq niyyətindədir.
20 oyundan 29 xalla Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
