Draqan Stoykoviç: “Əsas məqsəd qələbə qazanmaq idi”

Futbol üzrə Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolda sürprizlər olur. Daha az səhv edən komanda qalib gəlir. Bizim öz oyun üslubumuz var. Təmkinlə, səbrlə oynayırıq. Bugünkü oyunda qalib gəlmək bizim üçün vacib idi.

Fikrimcə, ilk dəqiqədən sonadək üstünlük bizim tərəfimizdə oldu. Gözəl epizodlar, baxımlı qollar izlədik. Oyunçular yaxşı əhval-ruhiyyədə idi. Nəticənin əhəmiyyətini bilirdik. Gözlədiyimizi, istədiyimizi etdik.

İlk hissənin sonlarındakı səhv üzündən buraxdığımız qola baxmayaraq, komandam sakitliyini qorudu. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Xüsusən, qol epizodunda kobud səhv edən qapıçımızı sakitləşdirdim, qalib gələcəyimizi bildirdim.

Yeni qol şanslarının olacağını bilirdik, buna inanırdıq. Əsas məqsəd qələbə qazanmaq idi. Matçdan öncə futbolçulara bu barədə demişdim. Sevindirici haldır ki, öz oyunumuzu oynayıb lazım olan qələbəni qazandıq. Oyunçularlmız verilən tapşırıqları yaxşı icra etdilər ki, bu da nəticədə öz əksini tapdı”.