Draqan Stoykoviç: “Bakıya ailəmlə turist kimi gəlmək fikrim var”

Futbol üzrə Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qaşrı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldiklə oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Çətin oyun olacağını gözləyirdik. Rəqibin problem yaradacağını vurğulamışdım. Əks-hücumdan bizi cəzalandıra bilərdilər. Hesab 1:1 olduqdan sonra işimiz çətinləşdi. Ancaq meydandan 3 xalla ayrılmağı bacardıq.
  • Əli Qurbani ilk hissədəki epizodu qola çevirsəydi, vəziyyət sizin üçün daha çətin olmazdı?
  • Müdafiəçilərimizdən bu səhvi gözləmirdik. Oyunu qol buraxmadan bitirmək istəyirdik. Amma orada az səhvlərimiz oldu. Həmin epizoddan sonra çox əsəbi idim. Çünki rəqibə gedidönüş üçün şans yaratmışdıq. Amma vəziyyəti düzəldə bildik.
  • Son oyunların qəhrəmanı olan Aleksandar Mitroviçə Serbiyaya qayıdarkən “biznes klass”da yer tapılacaq?
  • O, hətta şəxsi təyyarəyə də layiqdir. Amma bunun üçün pulumuz yoxdur. Mitroviç təkcə bu gün yox, seçmə mərhələnin əvvəlindən keyfiyyətini ortaya qoyur.
  • Bakıda ilk dəfədir olursunuz?
  • Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Amma o dönəmdəki şəhərdən əsər-əlamət qalmayıb. Yenidən Bakıya gələcəyəm. Ailəmlə buraya turist kimi yenidən gəlmək fikrim var. Bakı çox gözəl, böyük şəhərdir.