Dris Mertens əməliyyat olundu

İtaliyanın “Napoli” klubunun hücumçusu Dris Mertens əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçunun çiynindən əməliyyat keçirdiyi diqqətə çatdırılıb. Belçikalı oyunçunun 2-3 həftədən sonra bərpa prosesinə başlayacağı bildirilib. Onun yaşıl meydanlara dəqiq nə vaxt dönəcəyi bilinmir.

Qeyd edək ki, Dris Mertens 2013-cü ildən “Napoli”nin uğurları üçün çalışır. O, geridə qalan mövsümdə Neapol təmsilçisinin heyətində 29 matça çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Mertens Belçika yığmasının heyətində hazırda davam edən Avropa çempionatında da iştirak edib. Onun komandası 1/4 finalda İtaliyaya 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: