“Bayern”in idman direktoru Yan-Kristian Drizen komandanın belçikalı baş məşqçisi Vensan Kompaninin işi haqda danışaraq, onu qiymətləndirib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Vensan və qərargahı oyunçulara çox yaxındırlar. O, öz əsasnaməsinin nə olduğunu onlara izah etməyə çalışır. O, bu komandanın bir hissəsidir, o, bu klubun bir hissəsi olmaq istəyir. Amma o, məşqlər zamanı musiqi kimi yeniliklər də təqdim edir. Bu, mütləq deyil, amma görürsünüz ki, biz yeni zəmin yaradırıq. Burada yaxşı ab-hava var, mən isə çox nikbinəm”, deyə Drizen vurğulayıb.
Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığı qoyulub.
“Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümündə böyük potensialına rəğmən, gözlənilənlərin əksinə olaraq, çıxış etdiyi bütün yarışlarda uğurzuluğa düçar olub və mövsümü qənimətsiz başa vurub.