“Dunayska Streda” – “Zirə”: Heyətlər bəlli oldu

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə” bu gün Slovakiyanın “Dunayska Streda” komandası ilə cavab matçına çıxacaq.

Arena.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Slovakiya təmsilçilərinin cavab görüşü Dunayska Stredada baş tutacaq.

Rəşad Sadıqovun yetirmələri ev oyununda 4:0 hesablı möhtəşəm qələbə qazanmaqla cavab matçı öncəsi işini xeyli asanlaşdırıb. İndi mərhələ adlamaq üçün Azərbaycan təmsilçisinə sadəcə, bu üstünlüyünü qorumaq bəs edəcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
1 avqust

22:30. Dunayska Streda – Zirə
Hakimlər: Yovan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (hamısı Şimali Makedoniya).
Dunayska Streda. “DAC Arena”.
İlk oyun – 0:4.

Dunayska Streda: 41. Aleksandar Popoviç, 6. Mahmudu Bayo, 8. Milan Dimun, 16. Mateus Brunetti, 17. Yohan Andzuana (k), 18. Aleks Mendes, 24. Kristian Herç, 33. Taras Kaçaraba, 46. Matey Trusa, 91. Romarik Yapi, 99. Ladislav Almasi.
Ehtiyat oyunçular: 1. Samuel Petraş, 30. Attila Nemet, 7. Yan Bernat, 9. İvan Dolçek, 10. Ammar Ramadan, 13. Levente Bose, 23. Damir Redziç, 27. Milan Vitalis, 68. Mate Tuboli.
Baş məşqçi: Xisko Munyos.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 3. Ange Mutsinzi, 4. Ruan Renato, 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 21. Hacıağa Hacılı, 23. Rafael Utziq 29. Ceyhun Nuriyev, 70. İssa Cibrilla, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 18. Martins Junior, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri istədiklərinizlə paylaşın