Dünya çempionatı: Azərbaycan millisindən ermənilərlə heç-heçə

İspaniyanın Sitjes şəhərində qadınlar arasında şahmat üzrə dünya çempionatı keçirilir. Arena.az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması ilk yarış günündə iki görüş keçirib.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət yığmamız startda Hindistanla qarşılaşıb. Zeynəbin istirahət etdiyi ilk turun görüşündə qalib müəyyənləşməyib – 2:2. Günayla Gülnar məğlub olubsa, Ülviyyə və Türkan startda qələbəyə sevinib.

Daha sonra şahmatçılarımız Ermənistan komandasıyla üz-üzə gəlib. İkinci turda Ülviyyə istirahət edib. Ermənilərlə görüş də heç-heçə bitib – 2:2. Günayla Gülnar rəqiblərinə qalib gəlib. Məmmədyarova bacıları isə turu məğlubiyyətlə başa vurublar.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Dünya çempionatı
A qrupu
27 sentyabr

1-ci tur
Azərbaycan – Hindistan – 2:2

Günay Məmmədzadə – Xarika Dronavali – 0:1
Gülnar Məmmədova – Rameşbabu Vaişali – 0:1
Ülviyyə Fətəliyeva – Tanya Sadçev – 1:0
Türkan Məmmədyarova – Bxati Kulkarni – 1:0

2-ci tur
Azərbaycan – Ermənistan – 2:2

Günay Məmmədzadə – Elina Danielyan – 1:0
Gülnar Məmmədova – Lilit Mkrtçyan – 1:0
Türkan Məmmədyarova – Anna Sarqsyan – 0:1
Zeynəb Məmmədyarova – Susanna Qaboyan – 0:1