Bolqarıstanın Plovdiv şəhərində təşkil olunmuş qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya çempionatı başa çatıb. Arena.az xəbər verir ki, dünya birinciliyi Azərbaycan yığması üçün uğursuz alınıb.
Həm oğlan, həm də qız şpaqaçılarımız şəxsi yarışlarda 64-lüyə yüksələ bilməyiblər.
Gənc qız şpaqaçıların komanda yarışında Aynur Quliyeva, Xədicə Həsənli, Azərin İdriszadə və Nazilə Rəhimovadan ibarət kollektiv ilk görüşündə İsveçrə yığması ilə qarşılaşıb. Komandamız bu rəqibinə qalib gələrək ən güclü 16 kollektiv arasında yer alıb. Lakin millimiz 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə Ukrayna seçmə kollektivinə 28:45 hesabı ilə uduzub və mübarizəni dayandırıb.


