Dünya çempionatı: Qadın güləşçilərimizdən fiasko!

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, dördüncü və beşinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan güləşçiləri üçün bu mundial uğursuz alınıb. Təmsilçilərimizdən Türkan Nəsirova ilk mərhələdə Belarus təmsilçisinə minimal fərqlə uduzub.

Elis Manolova isə Fransa güləşçisiylə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətlə üzləşib.

Alyona Kolesnik də ilk görüşdə Belarus təmsilçisinə məğlub olub.

Güləşçilərimizdən heç birinin rəqibi finala qədər irəliləyə bilmədiyinə görə, onlar təsəlliverici görüşlərə qatılmaq şansı da qazanmayıblar.

Dünya çempionatı

50 kq
Təsnifat: Türkan Nəsirova – Nataliya Varakina (Belarus) 2:3

59 kq
1/8 final: Alyona Kolesnik – Kristina Sazikina (Belarus) 4:8

65 kq
Təsnifat: Elis Manolova – Kumba Larrokye (Fransa) 1:1*