Dünya çempionatının ən yaxşıları açıqlandı

“Bavariya”nın hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, ikinci yeri Meksikanın “Tiqres” komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. “Bavariya”nın müdafiəçisi Yozua Kimmix 3-cü olub.

Levandovski bu turnirdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında ötən gün “Bavariya” Meksikanın “Tiqres” klubuna 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.