Britaniyanın məşhur “FourFourTwo” nəşri dünya futbol tarixinin ən gözlənilməz 32 çempionluğunu təqdim edib.
Arena.az məlumat verir ki, jurnal “Verona”nın 1984/1985-ci illər mövsümündə İtaliya A Seriyasında qazandığı qalibiyyəti 1-ci yerdə qeyd edib.
“Lester Siti”nin 2015/2016-cı illər mövsümündə İngiltərə Premyer Liqasını qazanması 2-ci, “Monpelye”nin 2011/2012 mövsümündə Fransa Liqa 1-də çempionluğu isə nəşr tərəfindən 3-cü böyük gözlənilməzlik olaraq qiymətləndirilib.
“FourFourTwo” nəşrinə görə ən gözlənilməz çempionların ilk onluğunu diqqətinizə çatdırırıq:
- “Verona” – 1984/1985, İtaliya;
- “Lester Siti” – 2015/2016, İngiltərə;
- “Monpelye” – 2011/2012, Fransa;
- “Kayzerslautern” – 1997/1998, Almaniya;
- “Boavişta” – 2000/2001, Portuqaliya;
- “Larisa” – 1987/1988, Yunanıstan;
- “Deportivo” – 1999/2000, İspaniya;
- “Tvente” – 2009/2010, Niderland;
- “Riyeka” – 2016/2017, Xorvatiya;
- “Napoli” – 1986/1987, İtaliya.
Vurğulayaq ki, “Verona” cari mövsümdə İtaliya A Seriyasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Lester Siti” İngiltərə Premyer Liqasını tərk edərək Çempionşipdə çıxış edir, “Monpelye” isə hazırda Liqa 1-də 13-cü yerdədir.



