Dünya futbolunda ən çox nifrət edilən insanlar – Ronaldo da var

Nüfuzlu “FourFourTwo” nəşri dünya futbolunda ən çox nifrət edilən insanların siyahısını tərtib edərək, dərc edib.

Arena.az məlumat verir ki, siyahıya “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coui Barton başçılıq edir.

Nəşr Bartonu həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkətləri etdiyi və özünü xüsusilə qadınalra münasibətdə ləyaqətsiz aparması səbəbindən “zirvəyə” layiq görüb.

2-ci pillədə FIFA-nın sabiq prezidenti Yozef Blatterdir yer alıb. Blatterin rəhbərliyi altında təşkilatda ən böyük korrupsiya qalmaqalı yaşanıb. Bu, FIFA-nın nüfuzuna ciddi xələl gətirib.
İlk üçlüyü Almaniya yığmasının sabiq qapıçısı Harald Şumaxer tamamlayıb.

Vurğulayaq ki, ilk onluğa Kristiano Ronaldo (7), Luis Suares (8) və “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo (10) da daxil olublar.

“FourFourTwo” nəşrinə görə dünya futbolunda ən çox nifrət edilən şəxslərin ilk onluğunu təqdim edirik:

  1. Coui Barton;
  2. Yozef Blatter;
  3. Harald Şumaxer;
  4. Mişel Platini;
  5. El Haci Diuf;
  6. Con Terri;
  7. Kristiano Ronaldo;
  8. Luis Suares;
  9. Pit Vinkelman;
  10. Joze Mourinyo.
Xəbəri sosial şəbəkələrdə paylaş: