Dünya Qadın Seriyasının Şuşa mərhələsinin püşkü atıldı

İyunun 12-13-də Şuşa şəhərində qadınlar arasında keçiriləcək 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının püşkü atılıb.

Arena.az xəbər verir ki, Seriyasının bu mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları komandaları, eləcə də Azərbaycanın “Neftçi” klubu yer alıblar.

B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan yığmaları, həmçinin Yaponiyanın “G Flou” kollektivi mübarizə aparacaqlar.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü sıranın sahibləri isə bir-biri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Dünya Qadın Seriyasının Şuşa mərhələsinin açılış oyunu 12 iyunda Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Bu oyuna saat 13:00-da start veriləcək. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan millisinə qarşı olacaq. “Neftçi”nin ilk oyunu isə Rumıniya seçməsinə qarşı olacaq. Bu oyun da saat 13:50-də start götürəvək.

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Şuşa mərhələsinin oyunları bu şəhərdəki “Tut Bağı”nda keçiriləcək.

Dünya Qadın Seriyasının bir mərhələsi də ötən ay Astarada baş tutmuş və Çin milli komandasının qələbəsiylə yekunlaşmışdı.