Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.
Arena.az qurumun saytına istinnadən xəbər verir ki, araşdırma 1987-2020-ci illəri əhatə edib.
Siyahının ilk pilləsində İtaliya yığmasının sabiq üzvü, “Yuventus”un qapıçısı Canluici Buffon yer alıb. 43 yaşlı futbolçunun aktivində 357 xal var.
İspaniya yığmasının və Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyas 260 xalla 2-ci sırada qərarlaşıb. “Çelsi”nin keçmiş futbolçusu, Çexiya yığmasının sabiq qolkiperi Petr Çex isə 218 xalla 3-cü yeri tutub.
İFFHS 34 ildə hər mövsüm yüksək nəticə göstərən qapıçıları sıralayıb. Hər il “20-lik”də yer alan qapıçılar xallar toplayıb. Birinci yerin sahibi 20, ikinci yer 19, üçüncü yer isə 18 xal alıb. 20-ci yerdəki qolkiperə 1 xal verilib.
Dünyanın ən yaxşı qapıçılarının tam siyahısı belədir:
- Canluici Buffon (İtaliya) – 357
- İker Kasilyas (İspaniya) – 260
- Petr Çex (Çexiya) – 218
- Edvin Van Der Sar (Niderland) – 201
- Manuel Noyer (Almaniya) – 200
- Peter Şmeyxel (Danimarka) – 179
- Oliver Kan (Almaniya) – 162
- Xose Luis Çilavert (Paraqvay) – 146
- Valter Zenqa (İtaliya) – 132
- Andoni Subisaretta (İspaniya) – 132
- Tibo Kurtua (Belçika) – 130
- Klaudio Taffarel (Braziliya) – 130
- Mişel Prüdomm (Belçika) – 124
- Fabien Bartez (Fransa) – 115
- Devid Simen (İngiltərə) – 114
- Viktor Valdes (İspaniya) – 113
- Hüqo Lyoris (Fransa) – 112
- Dida (Braziliya) – 109
- Vitor Baya (Portuqaliya) – 94
- Keylor Navas (Kosta Rika) – 93
- Canluka Palyuka (İtaliya) – 90
- Yan Oblak (Sloveniya) – 85
- Françesko Toldo (İtaliya) – 82
- Yens Lemann (Almaniya) – 81
- Andre Ter Ştegen (Almaniya) – 78
- Julio Sezar (Braziliya) – 76
- David De Xea (İspaniya) – 75
- Bodo İllgner (Almaniya) – 71
- Hanns van Brekelen (Niderland) – 71
- Roberto Karlos Abbondanzyeri (Argentina) – 68
- Serxio Qoykoçea (Argentina) – 66
- Allison Bekker (Braziliya) – 64
- Andreas Köpke (Almaniya) – 64
- Xorxe Kampos (Meksika) – 62
- Peter Şilton (İngiltərə) – 62
- Tomas Ravelli (İsveç) – 61
- Rinat Dasayev (Rusiya) – 57
- Angelo Perutsi (İtaliya) – 56
- Nevill Sautoll (Uels) – 56
- Xose Manuel Reyna (İspaniya) – 54
- Rocerio Seni (Braziliya) – 53
- Xose Santyaqo Kanisares (İspaniya) – 51
- Klaudio Bravo (Çili) – 51
- Jan Marie Pfaff (Belçika) – 49
- Samir Handanoviç (Sloveniya) – 49
- Jeji Dudek (Polşa) – 48
- İqor Akinfeyev (Rusiya) – 47
- Oskar Eduardo Kodroba (Kolumbiya) – 38
- Bernard Lama (Fransa) – 38
- Fransisko Gilyermo Oçoa (Meksika) – 38