Braziliya məhkəməsi “Los-Anceles Qelaksi”nin braziliyalı yarımmüdafiəçisi Duqlas Kostanın həbsinə dair order verib.
Arena.az GZH portalına istinadən xəbər verir ki, bu cəza Kostaya ailə-məişət məsələrində yol verdiyi məsuliyyətsizliyə görə kəsilib.
D.Kosta keçmiş həyat yoldaşına alimentləri ödəməməkdə ittiham edilir.
Orderə görə, yarımmüdafiəçi Braziliyaya dönən kimi həbsə alınacaq. Futbolçunun vəkili məhkəmənin bu qərarından şikayət etməyə hazırlaşır.
Duqlas Kosta “Qremio”nun yetirməsidir. Yarımmüdafiəçi sonralar Donetsk “Şaxtyor”unun, “Bayern”in, “Yuventus”un şərəfini qoruyub. O, Braziliya yığmasında 31 oyun keçirib, 3 qol vurub.