Duqlas Luis “Yuventus” qarşısında şərt qoydu: Sevgilimi də…

“Yuventus”un fəal maraq dairəsində olan, “Aston Villa”nın braziliyalı mərkəz yarımmüdafiəçisi Duqlas Luis qəribə xahişi ilə diqqət çəkib.

Arena.az “JuventusNews24” dərgisinə istiadən məlumat verir ki, braziliyalı futbolçu öz sevgilisi, Birmingem təmsilçisinin qadınlardan ibarət komandasında çıxış edən isveçrəli hücumçu Alişa Lemann ilə birlikdə “qoca sinyora”nın düşərgəsinə qatılmağı Turin klubundan xahiş edib.

Mənbənin məlumatına görə, “Yuventus” da Lemann ilə müqavilə bağlamaqda maraqlıdır. Çünki Alişa “byankoneri”nin qadınlardan ibarət komandanı gücləndirməklə yanaşı, sosial şəbəkələrdə məşhur olduğu üçün Turin klubunun mətbuatda nüfuzunu artırmağa qadirdir.

Xanım Lemann öz cazibədarlığı ilə meydandan kənarda da böyük nüfuza malikdir. 25 yaşlı Alişa model fəaliyyəti ilə də məşğuldur.