Edqar Migel İe Super Liqada klubunu dəyişdi

Futbol üzrə Portuqaliya milli komandasının və Türkiyənin “Trabzonspor” klubunun müdafiəçisi Edqar Migel İe İstanbul təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafəçisi Super Liqanın digər təmsilçisi “Başakşəhər”ə keçib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Trabzon klubundan azad agent kimi ayrılan futbolçu “Başakşəhər”lə 1.5 illik müqaviləyə imza atıb. Portuqaliyalı oyunçunun yeni komandasında 51 nömrəli formanı geyinəcəyi açıqlanıb.

Əlsən Qvineya Bisaudan olan Edqar Migel İe Lissabon “Sportinq”inin yetirməsidir. O, daha sonra İspaniyaya üz tutaraq burada “Barselona” və “Vilyarreal” klublarının B komandalarında forma geyinib. “Belenenseş”, “Lill”, “Nant” və “Feyenoord” kimi klublarda da oynamış müdafiəçi, 2019-cu ilin avqust ayından “Trabzonspor”da idi. O, bu komandada 61 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Migel İe, bu ölkənin əsas millisində də 1 oyun keçirib.