Son olaraq İslandiyanın “Vestri” klubunda çıxış etmiş braziliyalı müdafiəçi Edson Eduardo bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Qəbələ”nin mətbuat xidmətinə istinadən xəbər verir.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Edson Eduardo son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.
“Qəbələ” buna qədər Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Meşak Uboçioma, Bruno Silva və Artur Mottanı da heyətinə qatıb. Səlahət Ağayevlə də yeni müqavilə imzalanıb.
İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə, Domi Massumu, Okan Təhməzli, Seydina Keyta, Eduardo Kunde, Emil Süleymanov və Prins Ovusu isə komandanı tərk ediblər.


