Elcan Hacıyev də “Böyük Dəbilqə”ni “gümüş”lə başa vurdu

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə təkil olunmuş “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, 90 kq-da mübarizə aparan idmançımız bu yarışda ikinci yeri tutub.

Elcan Hacıyev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Lakin o, həlledici görüşdə Türkiyə təmsilçisi Mixael Zqanka məğlub olub.

Sonuncu yarış günündə mübarizə aparan Azərbaycan millisinin digər cüdoçuları – Vüqar Talıbov (90 kq) və Uşanqi Kokauri (+100 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

Xatırladaq ki, millimizin üzvlərindən daha əvvəl Zelim Tçkayev (81 kq) də Parisdəki “Böyük Dəbilqə” turnirində gümüş medala sahib çıxmışdı.