AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elçin Məmmədov Avropa Liqasının 1/8 mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma martın 6-da İstanbulda təşkil olunacaq. “Şükrü Saracoğlu” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.



